“Sağlam Diş” daxili kredit ödənişlərinə 1 aylıq fasilə verdi

saglam-dis-daxili-kredit-odenislerine-1-ayliq-fasile-verdi
Oxunma sayı: 1192

“Biz birlikdə güclüyük”- Bu fikrin sözdə yox əməldə təsdiqi olaraq, “Sağlam Diş stomatoloji mərkəzi” aprel ayı üzrə daxili kredit ödənişlərinə 1 aylıq fasilə elan edir.

"Krediti düşünmə, Sağlamlığını düşün, #evdəqal! "  - çağırışı ilə bütün pasiyentlərinə səslənən Sağlam Diş Stomatoloji Mərkəzində artıq pandemiyaya çevrilmiş “Covid-19”, Koronovirus epidemiyası ilə mübarizə çərçivəsində mütəmadi dezinfeksiya işləri görülməkdədir.

2009-cu ildən etibarən fəaliyyət göstərən Klinika Ortodontiya, Ortopediaya, Parodontologiya, Uşaq stomatologiyası, Endodontiya, 3D diaqnostika, Estetik restovrasiya, Digital gülüş dizaynı, İmplantalogiya və Sedasiya kimi xidmətləri ilə hər zaman müraciət edənlərin xidmətindədir.

Klinika, hər kəsi bütün dünyada yayılan "Covid-19" virusu ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatının və AR Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyyə və tələblərinə ciddi riayət etməyə və evdən çıxmamağa səsləyir.