Sağlam Gözəllik

saglam-gozellik
Oxunma sayı: 3305


Qarşımızdakı insanla danışanda gözlərə baxırıq. İnsanın gözəlliyi onun gözlərində ifadə olunur. Yəni, onun xoşbəxtliyi, içdən gələn gözəlliyi gözlərə yansıyır. Stendal deyib ki, gözəllik xoşbəxtlik söz verir. Cərrah bıçağı altında formalaşan gözəllik xoşbəxtlik söz verə bilərmi? Çox nadir insanlar var ki, xarici görünüşündən razıdırlar. Gözəl olmaq üçün isə qane olmalıyıq.

Cərrah bıçağı ilə formalaşan gözəlliyin adı Plastik və Estetik cərrahiyyədir.

Sual: Plastik və Estetik cərrahiyyə nədir? 

Cavab: Bədən formasını daha gözəl və mükəmməl vəziyyətə çatdırmaq üçün olunan əməliyyat və müdaxilələrdir.

Plastik cərrahiyyədə həmişə estetik məsələlər həll olunmur. Çox vaxt tibbi məsələlərdə həll olunur. Məsələn, qarında toplanmış piylər həm estetik problemdir, həmdə onurğaya düşən yükdür. Eyni zamanda, böyük süd vəzi və sallanmış üst göz qapaqları. Xüsusi qeyd edim ki, ümumi bədən çəkisinin çox olması, həm təzyiq, həm şəkər, həm müxtəlif dəri xəstəlikləri yaradır.

Təbiət insana gözəllik verir, əminlik isə insanın özünə verdiyi gözəllikdir.

Günümüzdə plastik əməliyyatlara təlabat artıb. Qadının cəmiyyətdə rolu artıb. Artıq qadınlarımız evdən çox cəmiyyət içərisində olur, buna görə də, baxımlı və gözəl görsənmək istəyirlər. Əvvəllər, daha çox gündəmdə olan sənət adamları plastik əməliyyatlar edirdisə, indi sadə insanlar arasındanda bu əməliyyatlara baş vuranlar çoxdu. Çünki gözəl və baxımlı olmaq diqqət mərkəzində olmaq deməkdi. Gözəllik asan münasibət qura bilməkdi. Tək qadınlar deyil, günümüzdə, artıq bəylərdə baxımlı görsənmək istəyir. Zamanın tələbi karyera sahibi olmaq, çoxlu pul qazana bilməkdir. Bu isə intensiv iş, çalışqanlıq, yorulmadan çalışmaq, gecələr yatmamaq deməkdir. Bu zaman, her şey üzdə əks olunur. Qırışlar, göz altı kölgələr və çöküşlər. Heç kəs bunları istəmir. Hər kəs çəkdiyi əziyyətin qarşılığında təravətli, baxımlı, yaraşıqlı, sanki bu dəqiqə istirahətdən gəlmiş kimi görsənmək istəyir. 

Estetika tək qadınla bağlı deyil. Burda qeyri-adi heç bir şey yoxdu. Normal ailəsi, sosial statusu olan kişilərimiz estetik əməliyyatlara rahatlıqla müraciət edirlər. Amma əməliyyatlarının gizli olmasını istəyirlər. Bu gizlilik anlayışla qarşılanır. Xaricdə isə, bu kimi hadisələr rahat şəkildə ictimailəşə bilir. Kişilərdə qadınlar kimi yemək yeyir. Onlarda kökəlir. Onlarında qarını olur. Qadınlar qarınlı gəzməsin, amma kişilər qarınla gəzə bilər. Qadının gözəlliyi ilə kişinin xarici görünüşü bir-birini tamamlamalıdır. 

Gözəllik qadın və kişi ayırımı etmir. Gözəlliyin bir cinsi var.

Estetika ilə bağlı fikirlər ifadə edəndə hər kəs eyni cavabları əsaslandırmağa çalışır. Cəmiyyətdə formalaşmış steriotiplərə uyğun cavab verilir. Bunlardan azad olmaq lazımdı. Gözəllik, bəzən bütün qaydaları pozur. Gözəllik qaydalarını özü yazır. Gənc yaşda burnumuzu, qulağımızı, çənəmizi sevmirik. Yaşımız artdıqca kökəlirik və piylərimizi sevmirik. Daha sonra, qocalırıq bədən sallanır, bunu sevmirik. Ömürlük həm gözəl, həm də sağlam olmaq üçün dostunuz həkim olmalıdır. Plastik və Estetik cərrah Sizin ömürlük dostunuzdu. 

Op. Dr. Günel Bayramlı,

Plastik və Estetik cərrah