“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, rayon hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları, qəsəbənin Şamlı məscidinin imamı və rayon qəsəbə sakinləri iştirak edirdib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitə tərəfindən əhalinin xüsusilə, gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə işlərinin aparıldığını qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər erkən nikahların yaratdığı fəsadlar barədə danışıblar. Bildiriblər ki, bu gün dövlətimiz və cəmiyyətimiz öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Bu istiqamətdə mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl iş aparılmalıdır.
Son xəbərlər
Son Xəbərlər