Tərkibində 90-a yaxın qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onu müntəzəm olaraq qəbul etdikdə immun sistemi güclənir.
Belə ki, qoz dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
Həmçinin, qozun qəbulu yuxu rejiminin düzgün tənzimlənməsinə də kömək göstərir.
Qoz vegetarianları bir sıra qida və vitamin əlavələri ilə də təmin edir.
Antioksidanların bolluğuna görə qozun xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını aldığı da bilinir.
Son xəbərlər
Son Xəbərlər