11 dəqiqə sürətlə yerimək erkən ölümün qarşısını ala bilər.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniyada elmi araşdırma aparılıb.
Araşdırmanın nəticələri göstərib ki, gün ərzində 11 dəqiqəlik sürətlə yerimək, velosiped sürmək, rəqs etmək və ya tennis oynamaq kimi fiziki fəaliyyət növləri hər 10 erkən ölümdən birinin qarşısını ala bilər.
Mütəxəssislər vurğulayırlar ki, idmanla az da olsa, məşğul olmaq heç nə etməməkdən yaxşıdır.
Bildirilib ki, hətta 75 dəqiqəlik məşq hər 20 ürək-damar və hər 30 xərçəng xəstəliyindən birinin qarşısını ala bilər. Bu, ürək xəstəliyi və insult riskini 17 faiz, xərçəng riskini isə daha çox azalda bilər.
Mütəmadi idman etmək bədən yağını azaldır, yuxu rejimini qaydaya salır və ürəyi sağlamlaşdırır.
Mütəxəssislərin fikrincə, baş, boyun, mədə, leykoz və qan xərçəngi kimi bəzi xərçəng növləri üçün idman daha faydalıdır.
Son xəbərlər
Son Xəbərlər