“Sağlam təhsil-sağlam millət” - - 6 məktəbdə 15 sinif

saglam-tehsil-saglam-millet-
Oxunma sayı: 3031


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, media nümayəndələrinə bildirilib ki, “Sağlam təhsil sinfi”ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. 

Hazırda aparılan araşdırmalar əsasında Təhsil Nazirliyinin təşəbbüsü ilə  mütəxəssislər tərəfindən təhsilalanların sağlamlığı baxımından müstəsna əhəmiyyət daşıyan normativ sənədlər hazırlanır. Həmin normativ sənədlər ümumi təhsil müəssisələrinin maddi-texniki bazası, mebellər, sinif tərtibatı, avadanlıqlar, ləvazimatlar, otaqların işıqlandırılması, habelə qida məhsulları ilə bağlı vahid standartları əhatə edir. Bütün bunlar təhsilalanların sağlamlığının qorunması  istiqamətində atılmış həlledici addımlardır.

Layihə çərçivəsində artıq Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayıb.