Sağlam yaşamaq üçün günə bir dilim pendir...

saglam-yasamaq-ucun-gune-bir-dilim-pendir
Oxunma sayı: 4353

Pendir orqanizmin kalsium ehtiyacını qarşılaya bilmək imkanına malikdir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pendirin qəbulu sağlamlıq üçün olduqca faydalıdır.

Günə bir dilim pendir insan orqanizmi üçün beyindən sümük sağlamlığına qədər bir çox müsbət dəyişikliyə yol açır.

O, yalnız kalsiumla deyil, həm də zülal və B2 vitamini ilə zəngindir.

Pendirin dəri üçün faydaları da kifayət qədərdir. O, dərinin daha cavan qalmasına yol açır.

Pendirin tərkibində olan A, C, D, E və K vitaminləri insan orqanizminin daha da inkişafına səbəb olur.

Bundan əlavə, tərkibində B12 və B6 vitaminləri olduğu üçün pendirin müsbət təsirləri də yüksəkdir.