“Sağlamlıq arayışı üçün 41 manat böyük məbləğdir”

“Sağlamlıq arayışı üçün 41 manat böyük məbləğdir”
Oxunma sayı: 3478

“Düşünürəm ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi hesabatlarını bizim komitəyə təqdim etməlidir. Mətbuatda oxudum ki, dializə gedən xəstələr ötən il 2021-ci ilə nisbətən 13 faiz artıb. Bu, araşdırılırmı? Elə də kiçik rəqəm deyil”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında millət vəkili Məlahət İbrahimqızı  deyib.

Deputat əlavə edib ki, sağlamlıq arayışlarının qiymətinin 41 manat olması iqtisadi vəziyyəti aşağı olan insanlar üçün böyük məbləğdir: “Hesab edirəm ki, bu məsələyə baxmalıyıq”.

Zaur Mirzə