Sürpriz baş vermədi. DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununda İtaliyanın Turin şəhərində Portuqaliya yığmasının qonağı olan Azərbaycan millisi meydanı məğlub tərk etdi - 0:1.
"Qafqazinfo" xəbər verir ki, millimizin heyətində özünü ən yaxşı tərəfdən göstərən isə yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev oldu. "Qarabağ"ın 26 yaşlı qapıçısı oyun ərzində 14 (!) qurtarışla yadda qaldı ki, bu da millimizin biabırçı məğlubiyyətdən xilas olması deməkdir.
Şahruddinin inamlı oyunu əcnəbilərin də diqqətini çəkib. Belə ki, tvitterdə əcnəbi istifadəçilər Şahla bağlı kifayət qədər paylaşım ediblər. Onlar millimizin qapıçısının inamlı oyununu alqışlayıblar. "Bola" nəşri isə Şahruddinlə bağlı paylaşımını "Man of the Match" kimi təqdim edib.
"SofaScore" isə gənc əlçək sahibinin çıxışını 9.7 reytinq balı ilə qiymətləndirib.
Şahruddin Məhəmmədəliyevin oyun ərzində etdiyi önəmli qurtarışlardan hazırlanan videonu təqdim edirik:
.jpg)
.png)

Son xəbərlər
Son Xəbərlər