“Şah” yarımfinalda dayandı

sah-yarimfinalda-dayandi
Oxunma sayı: 2063

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, bu mərhələnin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan qrossmeysterimiz ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Buna görə də qalib tay-brekdə müəyyənləşib. Burada 1:2 hesabı ilə uduzan Məmmədyarov finala çıxmaq şansını əldən verib.

Digər finalçı isə Ermənistan təmsilçisi Levon Aronyana qalib gələn Maqnus Karlsen olub.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda qarşılaşacaq.