Şahbaz Xuduoğlu gənclərlə görüşdü- - Fotolar

sahbaz-xuduoglu-genclerle-gorusdu-
Oxunma sayı: 1090


“Qafqazinfo” xəbər verir ki, görüşdə əvvəlcə Azərbaycan kitabının bugünkü vəziyyətindən danışılıb. Sonra “Qanun” Nəşriyyatında baş vermiş qanunsuz yoxlama, yoxlamanın nəticəsi olaraq nəşriyyatın 150 min manat cərimələnməsi müzakirə olunub. Gənclər hər hansı bir formada “Qanun”a dəstək olmaq istədiklərini bildiriblər. Nəticə olaraq aşağıdakı təkliflər irəli sürülüb:

1. “Qanun”a dəstək məqsədilə kitab oxuma flashmoblarının keçirilməsi.

2. Pop musiqi qruplarının “Qanun”a dəstək məqsədli musiqilər bəstələyib ifa etməsi.

3. Gəncləri cəlb etməklə nəşriyyata yardım məqsədilə "Qanun"un kitablarının səyyar satışını təşkil etmək.

4. Könüllü yardım kampaniyalarının keçirilməsi.

5. “Qanun”un qanunsuz cərimələnməsi probleminin daha geniş dairələrə çatdırılması.