“Qafqazinfo”nun məlumatına görə, həmin görüntüləri ailənin yaxınlarından olan jurnalist Elçin Zahiroğlu “Facebook” hesabında paylaşıb və belə şərh edib:
“İki il əvvəl Tengiz 10-cu sinifi Kaliforniyada oxuyub qayıdırdı. Dəqiqələri sayılan bu 1 ilin finalında bəzi məqamları çəkib, montaj edib ona hədiyyə etmişdim. Dünən qəbir üstə Tengiz anasına vacib bir xəbəri demədiyi üçün qovrulurdu. Sən demə, Amerikada iki universitetə qəbul olub, yəni anasının ən böyük arzusunu yerinə yetirib. Amma nədənsə bu xəbəri deməyə tələsməyib. Ölümünsə çox, lap çox tələsdiyini kim ağıla gətirərdi ki?!. Videodakı 1-ci mahnını Tengiz oxuyur və ifa edir”.
Bir daha Şahbaz Xuduoğluna başsağlığı verir və həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər