Şahdağ Milli Parkında yanğın - Fotolar+Yenilənib

sahdag-milli-parkinda-yangin
Oxunma sayı: 1378

Qubanın Təngəaltı kəndində meşəlik ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın baş verən ərazi Şahdağ Milli Parkının ərazisidir.

Yanğın təqribən üç hektara yaxın sahəni əhatə edir.

Əraziyə Quba Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub.

Yanğın söndürülüb.

***

Quba rayonunun Təngəaltı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə beş hektar sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

FHN-dən verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

Emin Gülağaoğlu