“Şahdağ” Milli Parkında yanğın olub

sahdag-milli-parkinda-yangin-olub
Oxunma sayı: 1402

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  yanğın saat 19:00 dəqiqədə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.