“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğın İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə qeydə alınıb.
Qurqda quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub. Hal-hazırda əməliyyat davam edir.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ qoruğundakı yanğınla bağlı açıqlama yayıb.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın dünən saat 18 radələrində başlayıb.
Yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri, habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.
Hva şəraiti küləkli və isti olduğundan yanğın daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb olunub.
İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər