Dünən Qusarda “Hummer” markalı avtomobil aşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Laza kəndi ərazisində - Şahdağa gedən yolda yolsuzluq avtomobili buzlu yolda idarəetmədən çıxaraq banı üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.
Avtomobilin sahibi qəzadan sonra maşını hadisə yerində qoyaraq uzaqlaşıb.
Son xəbərlər
Son Xəbərlər