Şahdağ Qış-Yay Turizm Kompleksində xarici şirkət nümayəndəsinin ağır yaralanması ilə bağlı cinayət işi başlanılıb.
Qusar Rayon Prokurorluğundan "Qafqazinfo"ya daxil olan məlumata görə,1997-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı, Avtsriya şirkətinin Azərbaycan nümayəndəliyində montajçı fəhlə işləyən Nikita Şepelyov fevralın 28-i səhər saatlarında Qusar rayonunda yerləşən turizm kompleksinin ərazisində inşa edilən lift bazasında kanat üçün dəmir materialdan düzəldilmiş yarım dairəvi formada şkif olan əraziyə daxil olarkən həmin şkifin onun üzərinə aşması nəticəsində xəsarət alıb. N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma; ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər