“Şahdağ”ın zərəri 100 milyon manata çatır - Hesabat

sahdagin-zereri-100-milyon-manata-catir
Oxunma sayı: 4873

“Şahdağ Turizm Mərkəzi” QSC-nin yığılmış ümumi zərəri 97 milyon 177 min manata çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Ötən ili 8 milyon 688 min manat xalis zərərlə başa vuran Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən şirkətin 2021-ci ili göstəricisi 6 milyon 344 min manat olmuşdu.

QSC-nin uzunmüddətli kreditor borcları isə 1 milyon 874 min manata yüksəlib.