“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə məlumat verib.
Mənbə bildirib ki, “İstiqlal” qurğusundan aparılan qazma işləri iyulun ortalarında başa çatacaq: “Hazırda quyunun sonuncudan əvvəlki seksiyasında qazma işləri gedir. SDG03 quyusunda işlər başa çatdıqdan sonra “İstiqlal” üzən qazma qurğusu Bakı gəmiqayırma zavoduna təmirə göndəriləcək. Təmir işləri təqribən 9 ay davam edəcək".
Hazırda “Şahdəniz” yatağında, həmçinin Heydər Əliyev adına üzən qazma qurğusu işləyir.
Son xəbərlər
Son Xəbərlər