“Şahdəniz-2”dən ilk kommersiya qazı nə vaxt tədarük ediləcək?

sahdeniz-2den-ilk-kommersiya-qazi-ne-vaxt-tedaruk-edilecek
Oxunma sayı: 928

“Şahdəniz-2”dən ilk kommersiya qazının tədarükü gələn həftə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, hazırda ən son sazlama işləri aparılır.

“Qaz artıq sistemdədir və hazırda ən son sazlama işləri aparılır. Gələn həftənin əvvəlinə gözlədiyimiz alıcı sifariş verən kimi qaz tədarük olunacaq”.