Azəri-Çıraq-Günəşli yatağından bu ilin ilk 6 ayında 2 206 mln. dollar gəlir əldə edilib.
Azərbaycan Dövlət Neft Fondundan “Qafqazinfo”ya verilən məlumata görə, Şahdəniz yatağından iyulun 1-nə qədər 197 mln. dollar gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2020 - 01.06.2020 tarixinə): 131 mln. ABŞ dollar təşkil edib.
Qeyd edək ki, məlumatda Şahdəniz yatağından kondensatın satışından əldə edilən gəlirlər əvvəlki aylardan fərqli olaraq Şahdəniz yatağından daxilolmaların tərkibinə daxil edilib.
Son xəbərlər
Son Xəbərlər