Sahədə suvarma işləri görürdü, “tok” vurub öldürdü

sahede-suvarma-isleri-gorurdu-tok-vurub-oldurdu
Oxunma sayı: 2506

Tovuzda sahədə suvarma işləri görən şəxs ölüb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bir neçə saat əvvəl rayonun Aşağıquşlu kəndində baş verib. 

Kənd sakini, 1983-cü təvəllüdlü Abbasov Eldəniz Əli oğlu ərazidə suvarma işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Faktla bağlı araşdırma aparılır.