Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın və müstəqil millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə parlamentdə müstəqil deputatları təmsil edən vitse-spiker Adil Əliyev məlumat paylaşıb.
O bildirib ki, Milli Məclisdə say etibarilə müstəqil millət vəkilləri hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci böyük qrupdur: "Ona görə də parlament sədrinin müavini vəzifəsində müstəqil millət vəkillərinin təmsilçisi olaraq öz aramızda fikir mübadiləsinin aparılmasına önəm verirəm. İclas olduqca məhsuldar keçib. Müstəqil namizədlər gündəmin mövzuları ətrafında çıxışlar edib və təkliflərini veriblər. Ümumiyyətlə, bu iclas parlamentin tarixində bir ilkdir. Prezident İlham Əliyev Milli Məclisdəki son çıxışında müstəqil və müxalif millət vəkillərinin də parlamentin idarə edilməsində rol oynamasının vacibliyini vurğulamışdı. Bizim bugünkü onlayn iclasımız dövlət başçısının elan etdiyi siyasi kursa uyğundur".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər