Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Polşaya rəsmi səfəri çərçivəsində ölkə Prezidenti Andjey Duda ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Andjey Duda ölkərimizin hər zaman dost ölkələr olduğunu, gələcəkdə də belə olacağını, münasibətlərimizin ilbəil daha da inkişaf etdiyini bildirib. Duda, Prezident İlham Əliyevin 2017-ci ildə bu ölkəyə, özünün isə 2019-cu ildə Azərbaycana səfərini xatırladaraq, bu təmasların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə qalxmasında mühüm rolunu qeyd edib.
S.Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə kömək edəcəyinə inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.




Son xəbərlər
Son Xəbərlər