Sahibi olduğu çörək sexində öldü

sahibi-oldugu-corek-sexinde-oldu
Oxunma sayı: 2283

Şəkidə çörək sexinin sahibini cərəyan vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Cəyirli kəndində baş verib.

1977-ci il təvəllüdlü kənd sakini Ramin Asim oğlu Talıbovu özünə məxsus çörək sexində elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Mübariz Muradov