Sahibkarlar üçün onlayn seminar keçirildi - Foto

sahibkarlar-ucun-onlayn-seminar-kecirildi
Oxunma sayı: 1006

Dövlət Gömrük Komitəsi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.

DGK-dən “Qafqazinfo”ya bildirilib ki, seminarın açılışında çıxış edən ASK-nin vitse-prezidenti Vüqar Zeynalov təmsil etdiyi qurum ilə DGK arasında ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti çərçivəsində  kifayət qədər məhsuldar görüşlərin keçirildiyini, səmərəli müzakirələr aparıldığını bildirib. 

V.Zeynalov pandemiya dövründə gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, yaranan mürəkkəb şəraitə baxmayaraq, gömrük rəsmiləşdirilməsi tədbirlərinin sürətlə həyata keçirildiyini, malların sahiblərinə vaxtında təhvil verilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.

DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb.

İslahatların uğurla reallaşdırılması məqsədilə DGK tərəfindən ticarətin asanlaşdırılması, gömrük-biznes  münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atıldığını qeyd edən baş idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən, yeniliklərdən danışıb.

Daha sonra DGK-nın əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, birbaşa gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış ediblər.

Onlayn seminarda sahibkarlıq subyektlərinin 60-dan çox nümayəndəsi  iştirak edib.