“Qafqazinfo” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, ekoloji təmiz kənd təsərrüfatı və logistika mövzularında təşkil edilən treninqdə iştirakçılara ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, istehsal müəssisələrinin təşkili, logistika, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə məlumat verilib.
Tədbirdə həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Son xəbərlər
Son Xəbərlər