Sahibkarlar yanğından malları yığır - Fotolar

sahibkarlar-yangindan-mallari-yigir
Oxunma sayı: 4516

Yanğın baş verən “EuroHome” ticarət mərkəzində yanğından kənarda qalan mağazalarda yanmayan mallar çölə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, hazırda yanğın məhdudlaşdırıldığı üçün situasiyaya uyğun olaraq bəzi sahibkarlara məhsulları çıxarmağa kömək olunur. 

Həmin mallar dəmir maneədən yola tərəf, Bakı-Sumqayıt yolu üzərinə yığılıb. Polis əməkdaşları və mağaza sahibləri malların yanında dayanaraq gözətçilik edirlər. Yanğının söndürülməsi davam etdirilir.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov