Sahibkarlara 64,4 milyon kredit verilib

sahibkarlara-644-milyon-kredit-verilib
Oxunma sayı: 715

2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara verilən kreditin  məbləği bəlli olub. 

“Qafqazinfo” xəbər verir ki,  bu barədə İqtisadiyyat Nazirliyinin kollegiya iclasında məlumat verilib. Bildirilir ki, 2018-ci ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən layihələrinin ümumi dəyəri 371 milyon manat olan 397 sahibkara geri qaytarılan kreditlər hesabına 64,4 milyon manat güzəştli kredit verilib. Bunun 69%-i aqrar sektorun, 31%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına, 92%-i regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. 

Günel Türksoy