Sahibkarlara verilən kreditlərlə bağlı dəyişiklik

sahibkarlara-verilen-kreditlerle-bagli-deyisiklik
Oxunma sayı: 2572

Subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilib.