Sahibkarlarla növbəti görüş Göyçayda keçiriləcək

sahibkarlarla-novbeti-gorus-goycayda-kecirilecek
Oxunma sayı: 681

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Göyçay rayonunda görüşü təşkil olunacaq. 

“Qafqazinfo” xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. 

“Səyyar qəbul otağı” fevralın 22-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.