Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində keçiriləcək

sahibkarlarla-novbeti-gorus-mingecevir-seherinde-kecirilecek
Oxunma sayı: 947

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Mingəçevir şəhərində görüşü təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, aksiya Mingəçevir Gənclər Evində baş tutacaq.

“Səyyar qəbul otağı” fevral ayının 9-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.