Sahibkarlarla növbəti görüş Xızıda keçiriləcək

sahibkarlarla-novbeti-gorus-xizida-kecirilecek
Oxunma sayı: 984

 “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xızı rayonunda görüş təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, aksiya Xızı şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” aprel ayının 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.