Şahid gəlmədi, məhkəmə təxirə düşdü

sahid-gelmedi-mehkeme-texire-dusdu
Oxunma sayı: 1518

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə bugünkü iclas baş tutmayıb. 

Elan olunub ki, şahidlərdən biri səhhəti ilə bağlı məhkəmədə iştirak etmir. Buna görə də iclas təxirə salınıb.

Proses yanvarın 8-də davam etdiriləcək.

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb. 

Murad Əhməd