Sahil Babayev 5 rayonun sakinləri ilə görüşəcək

sahil-babayev-5-rayonun-sakinleri-ile-gorusecek
Oxunma sayı: 1809

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran rayonunda sakinlərlə görüşəcək. Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, 20 iyul tarixdə baş tutacaq görüşdə nazir Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Qəbul nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.