Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat konfransı keçirir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazir Sahil Babayev bildirib ki, koronavirus pandemiyasına görə dövlət və vətəndaşlar tərəfindən tədbirlər görülür:
“Pandemiyanın təsiri təkcə tibbi deyil. Mənfi təsirlərin aradan qaldırılması üçün ölkə başçısı silsilə tədbirlərlə bağlı sərəncam verib. Bütün insanlarımızı karantin rejiminə ciddi əməl etməyə çağırıram”.