Sahil Babayev rusiyalı nazirlə onlayn görüşdü

sahil-babayev-rusiyali-nazirle-onlayn-gorusdu
Oxunma sayı: 684

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə rusiyalı həmkarı Anton Kotyakov arasında videoformatda görüş olub.

“Qafqazinfo” xəbər verir ki, S. Babayev Azərbaycan ilə Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini, iki ölkənin dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

O, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğunu, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Əmək və Sosial Müdafiə Nazirliyi arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirib.

A.Kotyakov ikitərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, qarşıdakı dövrdə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə iki nazirlik arasında ötən dövrdə həyata keçirilmiş əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.