Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinezin görüşü olub.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, S.Babayev ərazilərimizin Ermənistanın işğalından azad edildiyini diqqətə çatdırıb.
Nazir dağıdılmış həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını qeyd edib.
S.Babayev ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini qeyd edib.
K.Martinez ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini vurğulayıb. Səfir sosial sahədə əməkdaşlıq üçün yaxşı perpsektivlərin olduğunu bildirib.

Son xəbərlər
Son Xəbərlər