Sahil Babayev səfirlə videoformatda görüşdü - Foto

Sahil Babayev səfirlə videoformatda görüşdü
Oxunma sayı: 843

“Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafı əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanlar yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi ilə videoformatda görüşü zamanı bildirib.

Nazir ölkəmizin tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən BƏƏ ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.

S.Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini vurğulayıb. O  bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin BƏƏ tərəfindən dəstəklənməsindən, hələ 18 iyun 2018-ci il tarixindən BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən həmin ölkənin vətəndaşlarının Dağlıq Qarabağa siyasi səbəblərə görə səfər etməsinin qadağan edilməsindən məmnunluq ifadə edib. M.Alqubaisinin bu məsələlərdə və ümumən iki ölkə arasında əlaqələrin inkişafında göstərdiyi səylərdən razılığını bildirib.

M.Alqubaisi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib. Ölkəsinin Azərbaycana dost münasibəti göstərdiyini və bu əsasda BƏƏ-nin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan səfir iki ölkə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin genişlənməsi üçün də səylərini göstərəcəyini deyib.  

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin önəmindən bəhs olunub. Əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılması, bu istiqamətdə səylərin gücləndirilməsi, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi