Sahil Babayev Tehranda iranlı həmkarı ilə görüşdü - Foto

Sahil Babayev Tehranda iranlı həmkarı ilə görüşdü
Oxunma sayı: 686

Tehranda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında görüş olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Prezident İlham Əliyev və iranlı həmkarı Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyi vurğulanıb. İkitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi, bu əsasda sosial sahədə də əməkdaşlığın inkişafı üçün mühüm işlərin aparıldığı qeyd edilib. Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatlar barədə məlumatlar verilib. Bu islahatlar prosesində Azərbaycan və İranın müvafiq nazirliklərinin ikitərəfli əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.

Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıqdan, həyata keçirilən təcrübə mübadilələrindən bəhs edilib. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin əlaqələrin inkişafında mühüm rol oynayacağı vurğulanıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi