Sahil Babayev Tərtərdə - Foto

sahil-babayev-terterde
Oxunma sayı: 1560

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər rayonunda “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda keçirilən ictimai müzakirədə iştirak edib.

Tədbir Nazirliyin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən icra edilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində, nazirlik yanında İctimai Şuranın əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupu ilə birgə təşkil edilib.

İctimai müzakirədə iştirak edən S.Babayev aparılan sosial islahatlar barədə maarifləndirmə işlərinin əhəmiyyətini, bu kimi tədbirlərin davam etdirilməsinin önəmini qeyd edib. O, nazirliyin müvafiq fəaliyyət sahələri üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq həyata keçirdiyini və tez-tez onlarla görüşlərin təşkil edildiyini, bu əməkdaşlıq müstəvisində qeyri-hökumət təşkilatlarından gələn rəy və təkliflərin daim diqqətdə saxlandığını qeyd edib.