Sahil Babayevin qəbul vaxtı dəyişdi

Sahil Babayevin qəbul vaxtı dəyişdi
Oxunma sayı: 1138

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tovuz rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki,  qəbul vaxtı avqustun 16-dan avqustun 14-nə dəyişdirilib. Həmin gün S.Babayev Tovuz rayon sakinlərini fərdi qaydada qəbul edəcək.

Qəbul zamanı vətəndaşların ƏƏSMN-nin səlahiyyət dairəsinə (sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, tbbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması və s.) aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi