Sahil mühafizə qüvvələri 1350 miqrantı xilas edib

sahil-muhafize-quvveleri-1350-miqranti-xilas-edib
Oxunma sayı: 683

İtaliya ərazisi vasitəsilə Avropaya keçməyə cəhd edən 1300 miqrant Aralıq dənizində xilas edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər  verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidməti məlumat yayıb.  

Xilasedicilər miqrantların dənizi 5 rezin sal, 6 taxta qayıq və barja vasitəsilə keçməyə çalışdıqlarını açıqlayıblar. Üzmə vasitələrdən birində ölmüş miqrantın cəsədi tapılıb. 

 “Frontex” agentliyinin məlumatına əsasən 2016-cı ildə Aralıq dənizi marşurutu ilə Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir. Ölən və itkin düşən miqrantların sayı isə 5 mindən çox olub.