“Sahil” stansiyası bağlanır

sahil-stansiyasi-baglanir
Oxunma sayı: 1132

Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonunda təmirə bağlanacaq.

“Qafqazinfo” xəbər verir ki, məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti rəisi Nəsimi Paşayev Baku.ws-ə təsdiqləyib.

O, təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.

Qeyd edək ki, sosial şəbəkədə stansiyanın 1 il müddətinə bağlanacağı barədə məlumatlar yayılıb.