Sahildəki yanğınla bağlı rəsmi açıqlama- - Yenilənib+Foto+Video

sahildeki-yanginla-bagli-resmi-aciqlama-
Oxunma sayı: 4391



"Qafqazinfo"nun məlumatına görə, yanğın Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının çardaq hissəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xitmətinin yanğınsöndürənləri və texnikasi hadisə yerinə saat 17:12-də çatıblar. Yanğın zamanı üçmərtəbəli yaşayış binasının damında tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan dəhlizin, mətbəxin və sanitar otağının yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Yüksək temperaturdan tavan 35 kv.m sahədə qarsalanıb. İki otaq yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


***

“Qafqazinfo”nun məlumatına görə, yanğın “Sahil” metrostansiyasına yaxın, Üzeyir Hacıbəyli küçəsi 56 ünvanında baş verib. Yanğın binanın üçüncü mərtəbəsindən başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 

Yanğının söndürülməsi üçün iş gedir.

Video: Meydan TV