Lənkəranda dənizdə köməksiz vəziyyətdə qalan kişi xilas edilib.
Dövlət Sərhəd Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, 10 iyulda Sahil Mühafizəsinin Cənub regional şöbəsinə rayonun Kənarmeşə kəndi istiqamətində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.
Sahil Mühafizəsinin “Tufan” gözətçi gəmisi həmin istiqamətə göndərilərək axtarış tədbirlərinə cəlb olunub.
Saat 21:10-da sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Lənkəran rayon Kənarmeşə kənd sakini 47 yaşlı Mustafayev Rameş Qubad oğlu xilas edilərək sudan çıxarılıb.
İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxs ailə üzvlərinə təhvil verilib.

Son xəbərlər
Son Xəbərlər