Sahildən 104 meyit tapıldı

sahilden-104-meyit-tapildi
Oxunma sayı: 2201

Liviya sahillərində 104 meyit aşkar edilib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya donanması məlumat yayıb. Bildirilir ki, miqrantları daşıyan bir qayıq ölkə sahillərində batıb. Donanma sözçüsünün sözlərinə görə, hadisə nəticəsində xeyli insan həyatını itirsə də sudan yalnız 104 mühacirin meyitini çıxarmaq mümkün olub.

O da qeyd edilib ki, ölü sayının artacağı güman edilir və bu ciddi narahatlıq doğurur.
Qeyd edək ki, son bir həftə ərzində baş verən faciələrdə ölən qaçqınların sayı 1000 nəfəri keçib.

Aysel Kərimova