Xəbər verdiyimiz kimi, ABŞ-nin cənub-şərqini vuran güclü “Milton” qasırğası bir sıra fəsadlar törədib. Milyonlarla amerikalı fəlakətdən xilas olmaq üçün evlərini tərk edib. Qasırğadan ən çox əziyyət çəkən isə Florida ştatı olub.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, ABŞ-nin Sahil Mühafizə Xidməti Florida sahillərindən 48 kilometr aralıda bir kişini xilas edib.
O, xidmətə məxsus helikopterin köməyi ilə xilas edilib.
Bildirilib ki, sözügedən şəxsin balıqçı gəmisi Madeyra-Biç sahillərində “Milton” qasırğası səbəbindən sıradan çıxıb. O, radio vasitəsilə Sahil Mühafizə Xidmətinin stansiyası ilə əlaqə saxlaya bilib.
Həmin şəxs kiçik ölçülü soyuducuya tutunaraq və üzərinə çıxaraq həyatda qala bilib.
Onun xilas edilməsinə dair görüntülər maraqla qarşılanıb.