Şahin Bağırov DGK-də ilk iclasını keçirdi

sahin-bagirov-dgk-de-ilk-iclasini-kecirdi
Oxunma sayı: 6510

Dövlət Gömrük Komitəsi sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov baş idarə rəisləri, müstəqil idarə, şöbələrin rəhbərlərinin iştirakı ilə işçi görüş keçirib.

DGK-dən "Qafqazinfo"ya verilən məlumata görə, görüşdə Ş.Bağırov tərəfindən Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə uygun olaraq müasir tələblərə cavab verən gömrük xidmətinin yaradılması, şəffaflıq, rasional gömrük prosedurlarının tətbiqi, məmnunluq səviyyəsinin artırılması və ölkəmiz üçün ən vacib əhəmiyyət kəsb edən inkişaf istiqaməti üzrə gömrük xidmətinə aid zəruri işlərin görülməsi tapşırığı diqqətə çatdırılıb və bu prinsiplər əsasında əsas strateji hədəflərin müəyyən edilməsinə göstəriş verilib.

Günün tələblərinə cavab verməyən mövcud vəziyyətin ən qısa zamanda dəyişməsi, müasir çağırışlar əsasında gömrük xidmətinin inkişafı üçün işə yanaşma tərzinin dəyişməsi, fəaliyyətin planlaşdırılması zamanı analitik təhlillər aparılmaqla və ehtiyaclar öyrənilməklə prioritetlərin müəyyənləşdirilməsi, kadr siyasətini təkmilləşdirməklə yalnız bilik və təcrübəsi olan kadrlara inkişaf kariyerası mühitinin yaradılması, etik davranışlara hərtərəfli riayət edilməsi, gömrük işində istifadə olunan proqram təminatlarının rahat və əlçatanlığının təmin olunması, bütün nəzarət üsullarının və rəsmiləşdirilmə prosesinin elektron əsaslarla reallaşdırılması, işgüzar biznes mühitinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi üzrə konkret tapşırıqlar verilib.