Şahin Diniyevlə bağlı qərar verildi

sahin-diniyevle-bagli-qerar-verildi
Oxunma sayı: 3915

“Səbail” klubu baş məşqçisi Şahin Diniyevlə bağlı qərarını açıqlayıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 58 yaşlı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb.

Klubun Müşahidə Şurasının qərarına əsasən, çalışdırıcı ilə 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, “Səbail” 2023-2024-cü illər mövsümündə Şahin Diniyevin rəhbərliyi altında Premyer Liqada 7-ci pilləni tutub.